Dərreye-Eşq (Eşq Vadisi) Karun çayının axdığı Çaharmahal və Bəxtiyari vilayətinin ən gözəl turistik yerlərindən biridir. Bu vadi Keyar şəhərini Naqan dairəsi yaxınlığında, Şəhrkürddən 110 kilometr aralıda yerləşir. Bu vadiyə gedən yol Şəhrkürd-İzəh yolundan Cozan və Druk kəndlərinə doğru gedir.
Yerli əhalinin dediyinə görə, Şəhrkürddəki Dərreye-Eşqin belə adlandırılmasının səbəbi çox uzaq dövrlərə gedib çıxır. O zaman bir dərənin iki tərəfində aşiqlə məşuq yaşayırmış. Körpü olmadığından onlar bir-birinə qovuşa bilmirdi. Lakin bu əfsanənin doğruluğunu təsdiqləyən heç bir tutarlı dəlil yoxdur. Bununla belə, o vaxtdan bu ərazi Dərreye-Eşq kimi tanınmağa başlayıb.
13 apr 2025, 21:26
Sizin rəyiniz